TRT-nin rəhbəri dəyişib

Türkiyənin Radio və Televiziya Qurumunun (TRT) rəhbərliyində dəyişiklik olub.

“Report” “Resmi Gazete”yə istinadən xəbər verir ki, TRT-nin İdarə Heyətinin sədri vəzifəsinə Ferudun Yılmaz təyin edilib. Müvafiq sərəncamı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Bundan öncə bu vəzifəni Ahmet Albayrak tutub.

Bununla yanaşı, Mehmet Zahid Sobacı yenidən baş direktor və İdarə Heyətinin üzvü təyin edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More