ABŞ prezidenti Donald Tramp bildirib ki, bir il əvvəl Pensilvaniya ştatında keçirilən mitinqdə ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən razıdır.
“Report”un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində bildirib.
“FTB və Məxfi Xidmət məni dəfələrlə məlumatlandırıb, mən bundan razıyam”, – deyə o bildirib.
Prezident qeyd edib ki, sui-qəsd onun mühafizəsinə cavabdeh olanların buraxdığı bir neçə səhvin nəticəsində baş verib. “Onlar binaya (atəş açılan – red.) kimisə təyin etməli idilər, yerli polis ilə əlaqəni daha yaxşı saxlamalı idilər”, – deyə o əlavə edib.
Tramp həmçinin cinayətkarı operativ şəkildə zərərsizləşdirən snayperə diqqət çəkib. “Bizim snayperimiz beş saniyədən az müddətdə böyük məsafədən bir atəşlə onu vura bildi. Əgər o bunu etməsəydi, vəziyyət daha pis olardı”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.