Azərbaycanın basketbol millisi bu gün Çin yığması üz-üzə gələcək

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti oyununa bu gün çıxacaq.

“Report”un məlumatına görə, yığma 1/4 finalda Çin seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 18:50-də start götürəcək.

Azərbaycan millisi daha əvvəl turnirdə “Tsukuba” (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib. Yığma ardınca İsveçrə təmsilçisi “Lozanna”ya şans verməyib – 21:11. Komanda əsas mərhələnin C qrupunda Ukrayna (21:20) və Sinqapura (22:10) da qalib gəlib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More