ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə CBS yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“Texasda qəfil baş verən daşqınlar azı 129 nəfərin həyatına son qoyub”, – məlumatda deyilir.
Qeyd olunur ki, itkin düşmüş 170-dən çox şəxsin axtarışları davam edir.
Daha əvvəl “NBC News” Texasın qubernatoru Qreq Abbotta istinadən təbii fəlakət nəticəsində 120 nəfərin öldüyünü bildirmişdi.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.