“Zirə” rəsmisi klubdan ayrılacağı gözlənilən legionerlərin durumuna aydınlıq gətirib

“Zirə” komandadan ayrılacağı gözlənilən futbolçular – Salifu Suma və Rafael Utziqin durumuna aydınlıq gətirib.

Bu barədə “Report”a “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə açıqlama verib.

Klub rəsmisi braziliyalı hücumçu R.Utziqin hələ də təlim-məşq toplanışına qatılmadığını söyləyib:

“Hər ikisi bizim futbolçumuzdur. Rafael Utziq düşərgədə deyil. Bu oyunçularla bağlı hər hansı yenilik olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Salifu Suma ilə Avropanın bir neçə klubu maraqlanır. Onun yayda başqa komandaya keçəcəyi gözlənilir. Rafael Utziq isə “Zirə” tərəfindən transferə çıxarılıb.

Daha əvvəl Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov düşərgəyə qoşulmayan oyunçunun cərimələnəcəyini söyləyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More