İranın Qum şəhərində yaşayış binasında partlayış olub, yaralananlar var

İranın Qum şəhərində Pardisan yaşayış kompleksində güclü partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə Qum bələdiyyəsinin Yanğın Təhlükəsizliyi Xidmətindən bildirilib .

Məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.

Bildirilib ki, hadisə yerinə xilasetmə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım xidmətləri cəlb edilb.

Qum şəhərinin Yanğın Xidmətinin məlumatına görə, Pardisanda yaşayış komplekslərindən birində partlayış yerində hələ ki ölən yoxdur. Hadisənin səbəbi araşdırılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More