XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək badmintonçular müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

EYOF-da Əli Gözəlov və Viktoriya Kumanyayeva mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More