Şəhidlərin qanı dəyən torpaqlarımız ora köçən sakinlərin əməyi nəticəsində çiçəklənəcək.
Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşına müsahibəsi zamanı Xocalı rayonu Xanyurdu kənd sakini Ziya Cabbarov deyib.
“Bu gün Xocalıya köçürük. Bu sevincli günləri bizə yaşatdıqlarına görə şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Heç zaman ümidimizi itirməmişdik. İnanırdıq ki, bu gün gələcək. Biz xoşbəxt nəsilik ki, bu anları yaşamağın şahidi oluruq. Biz bu gün Xanyurduna dönürük. Biz şəhid qanı dəyən o torpaqlarımızı böyük hörmət duyaraq çiçəkləndirəcəyik”, – o bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.