Avropa İttifaqı (Aİ) Ermənistana dezinformasiya və kibertəhdidlərə qarşı mübarizədə əməkdaşlıq təklif edib.
“Report” xəbər verir ki, bu barədə yerli KİV-lər Aİ Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların yekunları üzrə Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Brüssel İrəvana təhlükəsizlik sahəsində təhdidlərə, o cümlədən informasiya manipulyasiyalarına, xarici müdaxilələrə və kiberhücumlara qarşı mübarizə üçün Aİ alətlərindən istifadə etməyi təklif edib.
Ermənistanın informasiya ekosisteminin dəstəklənməsi çərçivəsində Avropa İttifaqı, həmçinin müstəqil KİV-lərin gücləndirilməsi üçün 1,5 milyon avro məbləğində yeni yardım paketi elan edib.
Aİ rəhbərliyi, həmçinin Rusiyanın sanksiyalardan yan keçməsinin qarşısının alınması istiqamətində əməkdaşlıq və səylərə görə İrəvana minnətdarlığını bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.