Sautend hava limanında baş verən təyyarə qəzasında 4 nəfər həlak olub – YENİLƏNİB

Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığındakı Sautend hava limanında biznes-jetin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Bu barədə “Report” “Al Arabiya”ya istinadən xəbər verir.

Xatırladaq ki, Sautend hava limanı iyul 13-də kiçik təyyarənin qəzaya uğramasından sonra fəaliyyətini dayandırıb.

10:14

Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığındakı Sautend hava limanı iyul 13-də kiçik təyyarənin qəzaya uğramasından sonra fəaliyyətini dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” hava limanına istinadən məlumat yayıb.

“Bütün uçuşlar ləğv edilib, hadisə araşdırılır”, – məlumatda bildirilib.

Qeyd edək ki, “Beechcraft King Air B200” biznes-jeti iyul 13-də günorta saatlarında Sautend hava limanında qəzaya uğrayıb.

Məlumata görə, təyyarə havaya qalxdıqdan dərhal sonra partlayıb. Ölən və yaralananların sayı dəqiqləşdirilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More