Makron: Sülh sazişinin tezliklə imzalanması region ölkələri üçün yeni bir səhifə açır

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bilər.

“Report”un məlumatına görə, o, bu barədə Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələrinə dair X sosial şəbəkəsindəki hesabında yazıb.

Makronun sözlərinə görə, görüş zamanı o, Ermənistanın Azərbaycanla sülhə nail olmaq səylərinə dəstəyini ifadə edib: “Ermənistan və Azərbaycan arasında sülh sazişinin qısa müddətdə imzalanması regionun və onun hüdudlarından kənarda olan bütün ölkələr və xalqlar üçün yeni bir səhifə açmağa imkan verər”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More