TOP-10: “Qızıl top”a əsas namizədlər siyahısında PSJ-nin altı oyunçusu yer alıb

PSJ-nin və Fransa millisinin hücumçusu Usman Dembele “Bleacher Report” nəşrinin versiyasına əsasən “Qızıl top”a əsas namizəddir.

“Report” xəbər verir ki, idman nəşri ilin ən yaxşı futbolçusu mükafatını qazanmaq üçün favoritlərin reytinqinin son versiyasını təqdim edib.

Siyahıya 10 oyunçu daxil edilib. İlk sırada Usman Dembele qərarlaşıb. İdman nəşri ikinci yerə Rafinyanı (“Barselona”) yerləşdirib, 3-cü yerdə isə Lamin Yamaldır (“Barselona”).

Ümumilikdə ilk onluqda PSJ-nin 6 oyunçusu yer alıb: Aşraf Hakimi (4-cü yer), Vitinya (6), Xviça Kvaratsxeliya (7), Fabian Ruiz (8) və Nunu Mendeş (9).

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More