Los-Ancelesdəki (ABŞ) Uilminqton rayonunda sənaye tunelinin uçması nəticəsində təxminən 15 işçi təcrid olunmuş vəziyyətdə qalıb.
“Report”un məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə xidməti açıqlama yayıb.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə yerində təcili yardım briqadaları işləyir.
“Los Angeles Times” yazır ki, tunel şəhərdə sanitariya şəraitinin yaxşılaşdırılmasına yönəlmiş layihə çərçivəsində inşa edilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.