İspaniyanın əlillik məsələləri üzrə baş direktoru Xesus Martin “Barselona”nın hücumçusu Lamin Yamalın ad gününə cırtdanların dəvət edilməsinə münasibət bildirib.
“Report”un “Marca” nəşrinə istinadən məlumatına görə, Martin bildirib ki, müvafiq qurumlar sözügedən məclisdə cırtdanlara qarşı təhqirin olub-olmadığını araşdırır.
“Bizi narahat edən odur ki, bu qədər izləyicisi olan, gənclər üçün əsl nümunə olan bir şəxs belə məclislər təşkil edir. Bizi həm də o narahat edir ki, pulu və gücü olan insanlar özlərini cəzasız hiss edirlər. Qanun hamı üçün eynidir – həm kasıblar, həm də varlılar üçün. Əgər pozuntu əlamətləri varsa, nazirlik əl-qolunu sallayıb oturmayacaq”, – o bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.