Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunda 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə əlaqədar tədbir keçirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.
Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Gününün tarixi önəmindən danışıb.
Tədbirin davamında şəhidlərin xatirəsinə dualar oxunub, 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.