Polşa klubunun rəsmisi: “Renat Dadaşov komandamızın profilinə uyğun futbolçudur”

Renat Dadaşov “Motor” klubunun profilinə uyğun futbolçudur.

“Report” xəbər verir ki, bunu Polşa təmsilçisi “Motor”un idman direktoru Pavel Qolanski klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan millisinin üzvünün Lyublin kollektivi üçün uğurlu seçim olduğunu söyləyib:

“Dadaşov komandamızın oyun üslubuna uyğun gəlir. O, hava toplarında çox yaxşı mübarizə aparır və lazım gələndə müdafiəyə köməyə gəlir. Renatın Avropa klublarında təcrübəsi var. Son 6 ayı uğurlu şəkildə “Radomyak”ın heyətində keçirib və çempionata bələddir”.

Qeyd edək ki, 26 yaşlı hücuçu “Motor” komandası ilə 1 illik müqavilə imzalayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More