Numan Kurtulmuş: Türkiyənin yeni, çağdaş Konstitusiyası yaradılmalıdır

Türkiyə Böyük Millət Məclisinin qarşısında duran məsələ yeni, çağdaş Konstitusiyanın yaradılmasıdır.

“Report”un Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə TBMM-də “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bu, 15 iyuldan çıxarılan dərslərdən biridir:

“Yeni Konstitusiya Türkiyədə demokratiyanın standartlarının yüksəlməsi, sülh və qardaşlığın inkişafı üçün lazımdır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More