“Qarabağ” Avstriyadakı sonuncu yoxlama matçında məğlub olub

Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Qarabağ” bu gün sonuncu – 4-cü yoxlama matçını keçirib.

“Report” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gəlib.

Kaprun stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar”ın qolunu Nəriman Axundzadə vurub.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More