Yəmənin “Ənsar Allah” üsyançıları Negev səhrasındakı hərbi obyektə və İsrailin cənubundakı Eylat şəhərindəki limana zərbələr endirib.
“Report” xəbər verir ki, bunu üsyançılara məxsus “Əl Məsirə” telekanalının efirində hərəkatın hərbi sözçüsü Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, husilər üç pilotsuz uçan aparatdan istifadə etməklə koordinasiyalı əməliyyat həyata keçiriblər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.