Rusiyanın Xabarovsk diyarının Oxotsk kəndindən Maqadana gedərkən itkin düşən helikopter tapılıb.
“Report” xəbər verir ki, bu barədə TASS-a Uzaq Şərqin əməliyyat xidmətlərindən bildirilib.
Göyərtədə olan beş nəfərin vəziyyəti barədə məlumat verilmir.
İyulun 15-də “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk kəndindən Maqadana uçarkən itkin düşüb. Helikopterdə üç ekipaj üzvü və iki texniki işçi olub. Onlar təmir işlərini bitirdikdən sonra təyinat yerinə uçurmuşlar.
“Rosaviasiya” pis hava şəraiti ilə əlaqədar axtarışları dayandırmışdı.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.