Goranboyda kütləvi dava olub, xəsarət alanlar var 

Goranboy rayonunda kütləvi dava olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More