Netanyahu Suriya ilə gərginliyin artması səbəbindən məhkəmə iclasını vaxtından əvvəl tərk edib

İsrailin Baş naziri Binyamin Netanyahu Suriya ilə gərginliyin artması səbəbindən məhkəmə iclasını vaxtından əvvəl tərk edib.

“Report” “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, dövlət təhlükəsizlik xidmətləri Dəməşqlə gərginliyin mümkün artmasına hazırlaşır, buna görə də baş nazir vəziyyətə nəzarət etmək üçün məhkəmə iclasını tərk etməli olub.

Qeyd edilir ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələri son günlərdə druzlar və bədəvilər arasında şiddətli toqquşmaların baş verdiyi Əs-Süveyda şəhərində Suriya rejiminin mövqelərinə, həmçinin Dəməşqdəki Baş Qərargah binasına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Xatırladaq ki, İsrailin baş prokuroru 2019-cu ildə Binyamin Netanyahuya qarşı “rüşvətxorluq, etimaddan sui-istifadə və vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə” ilə bağlı üç ittiham irəli sürərək məhkəməyə təqdim edib. O, ifadə vermək üçün ilk dəfə 2024-cü ilin dekabr ayında Təl-Əviv məhkəməsində hakim qarşısına çıxıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More