Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər

Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

“Report” xəbər verir ki, bu barədə “360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

Onun sözlərinə görə, bütün lazımi əşyaların köçürülməsi ilə bir neçə görüş təşkil olunub.

O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur, onların lazım olan hər şey var: “Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”.

Anastasiya Bezuqlaya vurğulayıb ki, görüşləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təşkil edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More