Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen növbədənkənar parlament seçkiləri baş tutacağı təqdirdə, öz namizədliyini irəli sürmək niyyətindədir.
“Report” xəbər verir ki, o, bu barədə “Le Parisien” qəzetinə müsahibəsində deyib.
“Mən namizədliyimi irəli sürəcəyəm və onun təsdiqinə cavabdeh olan instansiyalarda – inzibati məhkəmədə, sonra isə Dövlət Şurasında müdafiə edəcəyəm”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu instansiyalardakı proses qadın siyasətçiyə Konstitusiya Şurasına şikayət etmək imkanı verəcək və nəticədə onun seçkilərdə iştirakına qadağa qoyulması qərarının respublika konstitusiyasına uyğunluğu yoxlanılacaq:
“Bütün mümkün müraciət vasitələrindən istifadə edəcəyəm. Mən bunu edəcəm”.
Qeyd edək ki, Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) vaxtından əvvəl seçkilər o halda baş tuta bilər ki, ölkə prezidenti Emmanuel Makron palatanı buraxmaq kimi konstitusion hüququndan istifadə etsin.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.