Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” bu gün sonuncu yoxlama matçını keçirəcək.
“Report” xəbər verir ki, komanda Türkiyə Superliqasının aparıcı klublarından “Trabzonspor”la qarşılşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, “Konyaspora” məğlub olub – 1:2.
Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.