Niderland klubu “Borussiya”nın hücumçusunu transfer edib

Niderlandın PSV klubu “Borussiya”nın (Münhenqladbax) hücumçusu Alassan Pleanı transfer edib.

“Report” xəbər verir ki, 32 yaşlı fransalı Eyndhoven təmsilçisi ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

“Transfermarkt”ın məlumatına görə, bu keçid PSV-yə 3 milyon avroya başa gəlib.

Qeyd edək ki, Plea ötən mövsüm Almaniya Bundesliqası və kubokunda 32 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More