“Aeroflot” və “Rossiya” Ermənistanın Gümrü şəhərinə müntəzəm reyslər üçün icazə alıb

“Aeroflot” və onun törəmə aviaşirkəti “Rossiya” Ermənistanın Gümrü şəhərinə müntəzəm reyslər üçün icazə alıb.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, müvafiq icazəni “Rosaviatsiya” verib.

“Aeroflot” Mineralnıye Vodı şəhərindən, “Rossiya” isə Soçidən uçuşlara icazə alıb. Hər iki icazə həftədə 7 dəfəyədək Gümrüyə uçuşlar həyata keçirməyə imkan verir.

Hazırda Ermənistanın “Şirak” hava limanı yalnız bir aviaşirkətə – “Aeroflot”a daxil olan “Pobeda”ya xidmət göstərir ki, o da Moskvadan “Vnukovo” hava limanından uçur.

“Aeroflot” hazırda Ermənistanın paytaxtı İrəvana reyslər təklif edir, uçuşlar Moskvanın “Şeremetyevo”, Sankt-Peterburq, Yekaterinburq, Soçi şəhərlərindən həyata keçirilir.

“Rossiya”nın Soçi, Peterburq, Volqoqraddan İrəvana reysləri var.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More