İspaniyanın “Betis” klubu 28 yaşlı dominikanlı müdafiəçi Junior Firpo ilə müqavilə bağlayıb.
“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilənin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçu İspaniya komandasına azad agent kimi qoşulub.
Qeyd edək ki, Junior Firpo 2021-ci ildən “Lids”də çıxış edirdi. O, 2024/25 mövsümündə keçirdiyi 35 oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə verib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.