İstanbul valisi: Çevriliş planını pozan Türkiyə Prezidentinin və xalqının iradəsi idi

Çevriliş planını pozan Türkiyə Prezidentinin və xalqının iradəsi idi.

“Report” xəbər verir ki, bunu İstanbul valisi Davut Gül 15 iyul media proqramı çərçivəsində Valilikdə təşkil olunan tədbirdə deyib.

O qeyd edib ki, baş verən çevriliş cəhdinin doqquz il ərzində anlaşılması çox da asan deyil:

“FETÖ terror təşkilatı Türkiyənin gündəminə necə gəldi? 1960-cı illərdən başlayaraq bəzən ölkəmizin ictima qurumlardakı, bəzən təhsildəki əskikliklərdən istifadə edərək onlar bir iqtisadi mənbə qazandılar. Sonrakı müddətdə yetişdirdikləri şəxsləri dövlət strukturlarına sızdırdılar. Beləliklə, FETÖ-yə arxalanan bir struktur formalaşdırıldı. Onlar daha sonra digər ölkələrdə məktəblər açaraq fəaliyyət areallarını genişləndirdilər. Türkiyə xaricində fərqli, ancaq bir-birini dəstəkləyən strukturlar formalaşdırıldı. Bunlar həyata keçirilərkən dövlət onun fərqinə vardı və ona qarşı tədbirlər görməyə başladı. İyulun 15-də isə xalq onlara cavab verərək sistemi çökdürdü”.

Vali vurğulayıb ki, çevriliş zamanı Türkiyə vətəndaşlarının hamısı etnik mənsubiyyətindən və yaşından asılı olmayaraq torpağı üçün mübarizə aparıb:

“Dövlət qurumları içərisində də demokratiyaya və milli birliyə bağlı olan insanlar dövlət başçısının çağırışına əməl edərək küçələrə çıxdı. İyulun 16-sı səhər saatlarında artıq terrorçular məğlub edildi, tankları xalqın üzərinə sürən şəxslər saxlanıldı”.

D.Gül əlavə edib ki, xalq 15 iyulda tarixən də olduğu kimi, heç vaxt dövlətini düşmənə təslim etməyəcəyini göstərdi:

“FETÖ terror təşkilatı sadəcə Türkiyənin problemi deyil. Biz bir az zərərlə də olsa, bu işdən xilas olduq. Ancaq bir gün başqa ölkələr də Türkiyədə törədilən hadisənin bənzəri ilə üzləşə bilərlər, bunu nəzərə almalıdırlar”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More