“Sabah”ın UEFA Konfrans Liqasındakı rəqibi müəyyənləşib

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sele”yə (Sloveniya) iki oyunun nəticəsinə əsasən məğlub (2:3, 3:3) olan “Sabah” mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.

“Report”un məlumatına görə, paytaxt klubunun turnirin II təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib.

Belə ki, “Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova təmsilçisi “Petrokub”la münasibətləri aydınlaşdıracaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More