Slovakiya Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna “güzəştlər”dən sonra razılıq verib

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalarının qəbul edilməsini ləngidən Slovakiya “güzəştlər”dən sonra buna razılıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi bildirib.

Onun məlumatına görə, Slovakiyanın vetosu sanksiyalar paketinin qəbul edilməsini ləngidirdi, lakin sonradan Bratislavanı əmin ediblər ki, Rusiya qazının idxalına tam qadağa planı yeni sanksiyalar paketinə uyğun şəkildə həyata keçirilərsə, o, ağır iqtisadi və maliyyə nəticələrindən narahat olmaya bilər.

Agentliyin məlumatına əsasən, Slovakiyanın Baş naziri Robert Fitso planın qarşısını ala bilməyəcək, çünki onunla bağlı qərarlar sanksiyalardan fərqli olaraq səs çoxluğu ilə qəbul edilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More