Sentyabrda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə yaxından tanışlıq məqsədilə jurnalistlər üçün media tur təşkil olunub.
“Report” xəbər verir ki, Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılmaqda olan paddokdan başlayaraq təşkil olunan tur zamanı aparılan tikinti işləri ilə yaxından tanışlıq imkanı yaradılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti şöbəsinin meneceri Sübhan Manafzadə trekin hazırkı vəziyyəti, paddok sahəsində görülən işlər, tribunaların quraşdırılması və ümumilikdə yarışa hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
Foto: Məhəmməd Ağayev







Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.