BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Suriyanın müvəqqəti hökumətindən Əs-Süveyda şəhərində bir neçə gün davam edən qanlı toqquşmalardan sonra günahkarların məsuliyyətə cəlb edilməsini təmin etməyi tələb edib.
Bu barədə “Report” “Al Arabia”ya istinadən məlumat verib.
“Bu qırğın və zorakılığa son qoyulmalı, bütün insanların müdafiəsi ən yüksək prioritet olmalıdır”, – o bildirib və bütün pozuntuların tez bir zamanda və şəffaf şəkildə araşdırılmasını tələb edib.
Xatırladaq ki, son məlumatlara görə, Əs-Süveydada baş verən toqquşmalar nəticəsində təxminən 600 nəfər həlak olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.