Masallıda qonaq evi qarət edilib.
“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən evlərin birində baş verib.
Belə ki, polisə evdən 12 min manat dəyərində qızıl-zinət əşyaları və içərisindən 710 manat olan bank kartının oğurlanması barədə məlumat daxil olub.
Aparılan araşdırmalarla oğurluq hadisəsinin həmin evdə qonaq olmuş şəxs tərəfindən törədilməsi müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.