Zelenski və Makron raketlərin tədarükünü müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığında raketlərin tədarükü və Rusiya hücumlarına qarşı mübarizə üçün dron əleyhinə qurğuların maliyyələşdirilməsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

V.Zelenski vurğulayıb ki, danışıqlar cəbhədəki vəziyyət və Ukraynanın müdafiə sahəsində təxirəsalınmaz ehtiyacları, o cümlədən hava hücumundan müdafiə sisteminin gücləndirilməsi kimi məsələləri əhatə edib.

“Mirage” qırıcı təyyarələri üçün pilotların hazırlanması ilə bağlı razılaşmamızı xüsusilə qeyd etmək istərdim”, – o deyib.

V.Zelenskinin sözlərinə görə, onlar həmçinin gələcək siyasi addımları əlaqələndiriblər: “Amerikalı tərəfdaşlarımızla birlikdə Rusiyanın real qlobal təzyiq hiss etməsi üçün çalışırıq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More