Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, bu qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.

E.Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra püşkatmaya start verilib.

34-cü dəfə keçiriləcək və 12 komandanın – “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, “Karvan” və “İmişli”nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:

Azərbaycan Premyer Liqası

I tur

“İmişli” – “Turan Tovuz”

“Neftçi” – “Şamaxı”

“Sabah” – “Qarabağ”

‘Sumqayıt” – “Kəpəz”

“Karvan” – “Qəbələ”

“Zirə” – “Araz-Naxçıvan”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More