AFFA Məşqçilər Komitəsi (MK) üzvlərinin gələn aydan etibarən bölgələrə səfərləri planlaşdırılıb.
Bu barədə “Report”a MK-nın sədri Vaqif Sadıqov məlumat verib.
AFFA rəsmisi uşaq futbolunun inkişafı məqsədi ilə belə addımlar atılacağını deyib:
“Aşağı liqalardan yuxarıya qədər hansı islahatların aparılmalı olduğunu təhlil etmişik. Gələn aydan Məşqçilər Komitəsi üzvlərinin bölgələrə səfərləri planlaşdırılıb. Rəhbərliyin verdiyi tapşırıqları həyata keçirmək üçün dolğun məlumatlar əldə edəcəyik. Bunları təkmilləşdirmək üçün üzərində daim işləyirik. İstəyirik ki, futbolumuz bundan bəhrələnsin və inkişaf etsin”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.