Saatlıda 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.