Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Ukraynanın Moskvaya uçan 4 pilotsuz təyyarəsini vurub.
“Report” xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin özünün teleqram kanalında bildirib.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya uçan düşmənin 3 PUA-nı məhv edib. Təcili yardım xidmətlərinin mütəxəssisləri dağıntılar yerində işləyir”, – mer yazıb.
Daha sonra Moskva meri daha bir pilotsuz təyyarənin vurulması barədə məlumat verib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.