KİV: “Qalatasaray” Osimhenlə razılığa gəlib

Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Napoli” klubunun hücumçusu Viktor Osimhenlə razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Nigeriyalı hücumçu “sarı-qrımızılar”la 2030-cu ilə qədər müqavilə imzalayacaq və futbolçu hər mövsüm üçün 18 milyon avro qazanacaq.

Qeyd edək ki, sözləşmədə yer alan bəndə əsasən, Osimhen növbəti 2 il ərzində heç bir İtaliya klubuna transfer oluna bilməz.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More