İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz

Azərbaycan həmişə neokolonializmin əleyhinə olub.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

“Neokolonializmlə qarşı mövqeyimiz dəyişməz olaraq qalır. Qoşulmama Hərəkatının sədri kimi sədrlik etdiyimiz ilk ildən biz müstəmləkə ərazilərinin dekolonizasiyası və müstəqilliyi, ədalət, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi uğrunda çıxış etmişik. Bu, Qoşulmama Hərəkatının sədri kimi bizim borcumuz idi. Eyni zamanda, bu, bir ölkə kimi bizim mövqeyimiz idi. Çünki bu gün, XXI əsrdə, bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz”, – Prezident bildirib.

Məlumat yenilənir

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More