Görünməmiş vətəndaş etirazı: Bir milyona yaxın fransız hökumətin təklif etdiyi qanuna etiraz edir

Tələbə Eleonora Patterinin kənd təsərrüfatında qadağan olunmuş pestisidlərin istifadəsinə icazə verən mübahisəli qanuna qarşı petisiyası indiyədək 919.000 imza ilə yarım milyonluq həddi keçib.

“Report”un Avropa bürosunun Fransa mətbuatına istinadən verdiyi məlumata görə, iyulun 10-da Bordodan olan 23 yaşlı tələbə kənd təsərrüfatı naziri Enni Genevardın razılığı ilə təşəbbüskarlardan biri, Respublikaçılar Partiyasından olan senatorun adını daşıyan “Duplomb qanununa yox” petisiyasını internetdə yerləşdirib.

Müraciətdə deyilir ki, qanun “elmi, etik, ekoloji və tibbi anomaliyadır”. Petisiya qanunun qəbul edildiyi şərtlərin dərhal ləğv olunmasını və yenidən nəzərdən keçirilməsini, həmçinin “səhiyyə, kənd təsərrüfatı, ekologiya və hüquq nümayəndələri ilə ictimai məsləhətləşməni tələb edir. Bu cür ictimai dəstək o deməkdir ki, sənəd Milli Assambleyanın qərarı ilə yenidən ictimai müzakirəyə çıxarıla bilər.

YENİLƏNİR…

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More