Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə Xəzər dənizinin Hacı Zeynalabdin qəsəbəsindən keçən sahil hissəsində qeydə alınıb.
Məlumata görə, Asif Muxtarov adlı şəxs dənizdə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.