İsrail Müdafiə Ordusu Qəzza zolağında humanitar yardım gözləyərkən öldürülən 73 fələstinli ilə bağlı xəbərləri araşdırmağa başlayıb.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin ilkin məlumatlarında deyilir.
Bildirilir ki, qurbanların faktiki sayı əvvəllər bildiriləndən fərqlidir:
“İsrail ordusu bölgədə itkilər barədə məlumatlardan xəbərdardır və hadisənin təfərrüatları araşdırılır. İlkin təhlillər göstərir ki, ölənlərin sayı ordunun mövcud məlumatına uyğun gəlmir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.