Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib, sakinlər təxliyə olunur

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Polis əməkdaşları tərəfindən ərazidə mühafizə tədbirləri həyata keçirilir, binadan sakinlərin təxliyəsi təmin olunur. Hazırda yanğının qarşısının alınması və səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More