İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərində ikimərtəbəli binanın uçmasına səbəb olan qaz partlayışı baş verib.
“Report” “Mashreq News” agentliyinə istinadən xəbər verir ki, bunu şəhər bələdiyyəsinin Yanğından Mühafizə Xidmətinin rəhbəri Şəhram Momeni deyib.
“Bir neçə saat əvvəl Rəşt şəhərinin Bahonar küçəsində qaz partlayışı nəticəsində zərgərlik mağazası, xarici dil məktəbi və oyun klubunun yerləşdiyi ikimərtəbəli bina dağılıb… Hadisə nəticəsində azı 18 nəfər xəsarət alıb”, – o qeyd edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.