Naxçıvanda yük avtomobili yanıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralında baş verib.
Bitumla dolu TIR naməlum səbəbdən alovlanmağa başlayıb və partlayıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, polis əməkdaşları cəlb olunub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.