İsrailin Moskvadakı səfiri missiyasını vaxtından əvvəl başa vurur

İsrailin Moskvadakı səfiri Simona Halperin missiyası oktyabrda vaxtından əvvəl başa çatacaq.

“Report” xəbər verir ki, bu barədə TASS-a diplomatik nümayəndəlikdən bildirib.

“Səfirin oktyabrda gedəcəyi gözlənilir. Yeni namizəd hələ müəyyən edilməyib”, – agentliyin həmsöhbəti qeyd edib.

Səfirlikdən bildirilib ki, Halperinin missiyasının başa çatması yeni təyinatla əlaqədardır. O, İsrail Xarici İşlər Nazirliyinin Avropa departamentinə rəhbərlik edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More