İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Balah şəhərinə irimiqyaslı hücuma başlayıb.
Bu barədə “Report” BBC-yə istinadən məlumat verir.
Hava əməliyyatı səhər saatlarında şəhərin cənub-qərb hissəsindəki altı məhəllənin sakinlərinə təxliyə xəbərdarlığı edildikdən cəmi bir neçə saat sonra başlayıb.
Hazırda bu əraziyə Rəfah və Xan-Yunisdən olan minlərlə məcburi köçkün sığınıb.
KİV-in məlumatına görə, Əbu əl-Acin və Hikr əl-Cami bölgələrinə onlarla mərmi düşüb. Minlərlə sakin artıq şəhəri tərk edərək Qəzzanın cənubunda nisbətən təhlükəsiz yerlərdən biri olan Əl-Məvasi sahil zonasına üz tutub.
BMT mülki əhali üçün əməliyyatın riskləri barədə xəbərdarlıq edib. Təşkilat Deyr əl-Balahda humanitar yardım anbarlarının, tibbi klinikaların və əsas su təchizatı obyektlərinin yerləşdiyini xatırladıb – onların dağıdılması fəlakətli nəticələrə səbəb ola bilər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.