Azərbaycan Voleybol Federasiyası (AVF) 22 İyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün təşkil etdiyi görüşdə “Report” İnformasiya Agentliyini təltif edib.
“Report” xəbər verir ki, AVF prezidenti Şahin Bağırov aktiv fəaliyyət göstərən media qurumlarını fərqləndirilib.
Xüsusi hədiyyə və təşəkkürnaməni “Report”un idman şöbəsinin əməkdaşı Hidayət Qurbanova Ş.Bağırov təqdim edib.
AVF prezidenti media nümayəndələrini özəl gün münasibəti ilə təbrik edib, onların il ərzində gördükləri işləri yüksək qiymətləndirib:
“Bizim bir sıra idman tədbirlərində media mənsubları ilə görüşlərimiz olur. Lakin budəfəki görüşün formatı fərqlidir. Jurnalistlər Azərbaycan Voleybol Federasiyasının və digər idman qurumlarının tədbirlərini yüksək səviyyədə işıqlandırırlar. Keçirilən yarışların beynəlxalq arenaya çatdırılmasında medianın böyük rolu var. Bütün media nümayəndələrinin bayramı mübarək olsun”.
AVF-nin vitse-prezidenti Faiq Qarayev də öz növbəsində media işçilərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Ardınca AVF-nin ötən 1 il ərzindəki uğurlu işlərini əks etdirən videoçarx nümayiş olunub.
Mənbə: Report.Az
Comments are closed.